mərkəzləşdirilmiş klirinq

Klirinq təşkilatı tərəfindən ticarət iştirakçılarının bağladıqları fyuçers kontraktları üzrə hüquq və öhdəlikləri əldə etməklə, əvəzləşdirilmənin aparılması

mərkəzləşdirilmiş kitabxana sistemləri
məskənlərarası ərazi
OBASTAN VİKİ
Klirinq
Klirinq qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemidir. Bir qayda olaraq ticarət meydançasında, birjanın hesablama palatası tərəfindən yaxud ixtisaslaşmiş klirinq təşkilatı tərəfindən yerinə yetirilir. Klirinq sistemi bağlanmış sazişlər üzrə netto-mövqeni hesablamaq imkanı verir. Fərz edək ki, broker günün birinci yarısında beş səhm alıb və dərhal ikisini satıb. Günün ikinci yarısında daha beşini alıb və üçünü satıb. Ticarət sessiyasının sonunda onun yekun mövqeyi beş səhmə bərabər olur. Klirinq nəticəsində razılaşmaların bir qismi bağlanır və brokerin yekun mövqeyi beş səhm alması ilə nəticələnir. O onların haqqını öz kontragenti olan ticarət palatasına ödəməlidir. Bununla belə, beş səhmi kimin isə alması üçün bu qiymətli kağızları ona kimin isə satması lazımdır. Və bu əks tərəf ticarət palatasına həmin beş səhmi verməlidir.
Klirinq evi
İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sistemi
1930-cu illərdə "Savadsızlığı ləğv etmək haqqında qərar"dan sonra iri yaşayış məntəqələrində ilk "Qiraət komaları" yaradılmışdır.Bu qiraət komaları o dövrdə" Xalq Maarif Komissarlığı" na tabe idi.Yaşlıların dediyinə görə belə komalardan biri iri yaşayış məntəqəsi olduğu üçün Yuxarı Cülyan kəndində yaradılmışdır. Kitabxanalar rəsmi olaraq İsmayıllıda,Lahıcda, Basqalda, Quşencədə, Qalacıq və Diyallıda 1947-ci ilin yanvar ayında yaradılmışdır . İlk kitabxana binası da 1947-ci ildə XMK-ı Süleyman Rəhimovun sərəncamı ilə indiki Mədəniyyət sarayının yerində tikilmişdir. 1947-ci ildə İsmayıllıda ilk kitabxananın təşkilatçısı Bəsirə İsrayılova olmuşdur. İsmayıllıda kitabxana ilk dəfə 1948-ci ildə rayon mərkəzində yaradılıb. Açılışında xalq şairləri Süleyman Rüstəm və Səməd Vurğun iştirak edib. İsmayıllıda Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1981-ci ilin yanvar ayından təşkil olunmağa başlamışdır. 1984-cü ildən başlayaraq müxtəlif illərdə İlham Rəhimov,Lətifə Mirzəyeva,Vaqif Ağayev,Həmid Hacıyev , Ələddin Ələkbərov MKS-nin direktoru işləmişdir. Hal- hazırda MKS-nin direktoru Könül Baxışovadır. Şöbələr Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir: 1. Xidmət şöbəsi 2. Metodika şöbəsi 3. Kitabişləmə və komplektləşdirmə şöbəsi 4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi 5. İnformasiya – Resurs şöbəsi 6. Uşaq şöbəsi 1981-ci ildən MKS kimi formalaşıb.
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi — Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən biri. Binəqədi rayon MKS-nin direktoru: Rəna Fikrət qızı Biləndərli Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında Sərəncamının Tədbirlər Planının 2.1.5 bəndinə uyğun olaraq 2011-ci ildə yaradılıb. Binəqədi rayonunda yerləşən 8 kitabxana (V. Q. Korolenko ad. Mərkəzi Şəhər Gənclər Kitabxanası, 8-ci mkr. kütləvi kitabxanası, Ş. Qurbanov ad. kütləvi kitabxana, Biləcəri qəsəbə kütləvi kitabxanası, Hüseyn Cavid ad. kütləvi kitabxana, Xoca-Həsən qəsəbə kütləvi kitabxanası, Binəqədi qəsəbə uşaq kitabxanası və Süleyman Rüstəm ad. kütləvi kitabxana) bazasında Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılıb. Hal-hzırda MKS-də 7 kitabxana fəaliyyət göstərir. Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibində 6 şöbə — Oxuculara xidmət şöbəsi, Uşaq şöbəsi, İnformasiya resurs şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir.
Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi — Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən biridir. Nərimanov rayon MKS-nin direktoru: T.S.İndeykina Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında Sərəncamının Tədbirlər Planının 2.1.5 bəndinə uyğun olaraq 2011-ci ildə yaradılıb. Nərimanov rayonunda yerləşən 4 kitabxana (A.Şaiq adına uşaq kitabxanası, A.P.Çexov adına kütləvi kitabxana, T.Şahbazi adına kütləvi kitabxana və A.Qaydar adına uşaq kitabxanası) bazasında Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılıb. Hal-hazırda MKS-də 3 kitabxana fəaliyyət göstərir. Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasının tərkibində 6 şöbə — Oxuculara xidmət şöbəsi, Uşaq şöbəsi, İnformasiya resurs şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir. Rəhbərlik Mərkəzi Kitabxana tərəfindən aparılır. == Tarixi və Struktur == ==== Mərkəzi kitabxana ==== Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"haqqında Sərəncamının Tədbirlər planının 2.1.5. bəndinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011-ci il 24 yanvar tarixli 40 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə verilən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin "Mərkəzləşdirilmiş kitabxana sisteminin yaradılması haqqında"27 yanvar 2011-ci il tarixli 4 saylı əmrinə əsasən, Nərimanov rayon A.Şaiq adına uşaq kitabxanası, Nərimanov rayon Mərkəzi Kitabxana adlandırılmışdır. ==== 1 saylı kitabxana-filial ==== 1956-cı ildə Nərimanov rayonunda "Montin"adına kütləvi kitabxana yaradılmışdır. 1960-cı ildən Nərimanov rayonu, Məmmədzadə küçəsi 11 ünvanına köçürülmüşdür və həmin vaxtdan adı dəyişdirilib A.P.Çexov adına kütləvi kitabxana olmuşdur.
Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin vəzifəsi rayon əhalisinə kitabxana xidməti göstərmək, müxtəlif tədbirlərlə insanları kitabxanalara cəlb etmək, kitab oxumağı sevdirməkdir. == Qaxda kitabxananın tarixi == Azərbaycanda kitabxana işinin tarixi çox qədimdir. Qax rayonunda ilk kitabxana arxiv sənədlərinə əsaslanaraq 1906-cı ildə “Qiraət koması” şəklində Qaxın İçəri Bazar adlanan ərazisində o dövrün maarifçi ziyalılarından olan, Tiflisdəki “Zaqafqaziya” qəzetinin Azərbaycan bölməsinin müdiri Həmzət bəy Qəbulov Şirvanskinin evində fəaliyyət göstərmişdir. H. Qəbulov Şirvanski o dövrün mütərəqqi insanlarını da bu işə cəlb etmiş, onlara öz hesablarına kitabxanaya kitab almalarını təvəqqe etmişdi. Tarixi mənbələr və araşdırmalar göstərir ki, 1906- cı ildən bu günə qədərki dövrdə ziyalılarımızın səyi ilə yaradılan mədəni-maarif ocağı olan kitabxan ləğv olunmamış, inkişaf etdirilərək bu günkü səviyyəyə çatdırılmışdır. Qaxda kitabxanalar 1920-ci ildən 1945-ci ilədək Xalq Maarif şöbəsinin nəzdində fəaliyyət göstərmişdir. 1945-ci ildə rayonlarda Mədəniyyət şöbələri təşkil edilərkən bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar mədəniyyət şöbəsinin nəzdinə keçmişdir. 1979-cu ildən rayonumuzda kitabxanalar Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəklində fəaliyyət göstərməyə başladı. 1979-cu ildən Mərkəzi kitabxana görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri Cəfər Cabbarlının adını daşıyır. 2017-ci il yanvar ayı tarixindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq Qax rayon MKS-i Şəki Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyətini davam etdirir.
Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi — Xocalı şəhər Mərkəzi kitabxanası 1969-cu ildə yaradılmışdır. == Haqqında == Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi nəticəsində Xocalı rayon MKS-in zəngin kitab fondu məhv edilmişdir. 2012-ci ildən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir. Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 1 Mərkəzi Kitabxana və 14 kənd kitabxana filialı daxildir. Bu filiallar Gəncə şəhərində, Bərdə, Şəki və Goranboy rayonlarında yerləşir. Hazırda MKS-in kitab fondu 50 min nüsxəyə yaxın, oxucuların sayı isə 1969 nəfərdir. Kosalar kəndindəki 2 kitabxana Yaloba kənd Mədəniyyət evində, Kərkicahan qəsəbə kitabxanası Kərkicahan qəsəbə klubunda, Cəmilli kənd kitabxanası Cəmilli İcra nümayəndəliyində, Meşəli kitabxanası Meşəli qəsəbəsindəki kitabxana binasında yerləşir. Digər kitabxanalar isə şəxsi evlərdə fəaliyyət göstərirlər. Yeni salınmış qəsəbələrdə 3 kitabxana fəaliyyət göstərir. (Aşağı Ağcakənd, Börü və Meşəli).
İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
1930-cu illərdə "Savadsızlığı ləğv etmək haqqında qərar"dan sonra iri yaşayış məntəqələrində ilk "Qiraət komaları" yaradılmışdır.Bu qiraət komaları o dövrdə" Xalq Maarif Komissarlığı" na tabe idi.Yaşlıların dediyinə görə belə komalardan biri iri yaşayış məntəqəsi olduğu üçün Yuxarı Cülyan kəndində yaradılmışdır. Kitabxanalar rəsmi olaraq İsmayıllıda,Lahıcda, Basqalda, Quşencədə, Qalacıq və Diyallıda 1947-ci ilin yanvar ayında yaradılmışdır . İlk kitabxana binası da 1947-ci ildə XMK-ı Süleyman Rəhimovun sərəncamı ilə indiki Mədəniyyət sarayının yerində tikilmişdir. 1947-ci ildə İsmayıllıda ilk kitabxananın təşkilatçısı Bəsirə İsrayılova olmuşdur. İsmayıllıda kitabxana ilk dəfə 1948-ci ildə rayon mərkəzində yaradılıb. Açılışında xalq şairləri Süleyman Rüstəm və Səməd Vurğun iştirak edib. İsmayıllıda Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1981-ci ilin yanvar ayından təşkil olunmağa başlamışdır. 1984-cü ildən başlayaraq müxtəlif illərdə İlham Rəhimov,Lətifə Mirzəyeva,Vaqif Ağayev,Həmid Hacıyev , Ələddin Ələkbərov MKS-nin direktoru işləmişdir. Hal- hazırda MKS-nin direktoru Könül Baxışovadır. Şöbələr Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir: 1. Xidmət şöbəsi 2. Metodika şöbəsi 3. Kitabişləmə və komplektləşdirmə şöbəsi 4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi 5. İnformasiya – Resurs şöbəsi 6. Uşaq şöbəsi 1981-ci ildən MKS kimi formalaşıb.
Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Şuşa Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi — Şuşada ilk şəhər kitabxanası 1897-ci ilin fevralında yaradılmışdır. Təməli Mir Möhsün Nəvvab tərəfindən qoyulan bu kitabxana-qiraətxananın çoxlu sayda ziyalı üzvləri olmuşdur. M. M. Nəvvab özünün daş mətbəəsində Şuşa şairlərinin şeirlərini çap etdirmişdir. Kitabxananın yaradılmasında şairə Xurşidbanu Natəvanın oğlu Mehdiqulu xanın, həkim Kərim Bəy Mehmandarovun böyük xidmətləri olmuşdur Sovet hakimiyyəti dövründə M. M. Nəvvabın yaratdığı kitabxananı Miriş ağa işlətmişdir. Daha sonralar Şuşa şəhərində daha 2 kitabxana: şəhər və uşaq kitabxanaları fəaliyyət göstərmişdir. == Haqqında == 1977-ci ilin may ayında Şuşa şəhər kitabxanasının fəaliyyəti genişləndirilərək Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır. Yaradılan zaman MKS 1 Mərkəzi Kitabxananı, 1 şəhər kitabxanasını, 17 kənd kitabxana filialını əhatə etmişdir. Sonralar əhali sayının artması, oxucu tələbatının çoxalması şəhərdə yeni şəhər, uşaq və gənclər filiallarının açılmasına şərait yaratmışdır. Rayon MKS-nin tərkibində 32 kitabxana binası mövcud olmuşdur. 1991-ci ilin məlumatına görə rayon MKS-də işçilərin sayı 103 nəfər, kitabxana fondunun ümumi həcmi 200 min nüsxə, oxucularının ümumi sayı 10 min nəfər təşkil etmişdir.
Şuşa Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

избра́ние мгнове́нно морализи́ровать не́рвничание пропа́лываться профе́ссор селезёночник соедини́ться шевелю́ристый азимута́льный е́жели коси́лка македо́нец нагла́живаться прошто́пывать эшело́ны власти завсегдатель межа brodkin educationalist heat pipe self-oscillation лексикограф отхожий чётный